İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ukrayna kəşfiyyatçıları Krıma daxil olublar - Xüsusi əməliyyat keçirilir

1350 24.08.2023 12:57 Son xəbər A A

Avqustun 24-də səhər saatlarında Rusiyanın işğalı altında olan Krımda döyüş olub. Ukrayna kəşfiyyatçıları Krıma daxil olublar, xüsusi əməliyyat keçirilir.

BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov məlumat verib.

Onun sözlərinə görə, kəşfiyyatçılar Tarxankut burnunda keçirilməsi nəzərdə tutulan xüsusi əməliyyat çərçivəsində yarımadaya daxil olublar.

A.Yusov eyni zamanda qeyd edib ki, şəxsi heyət arasında itki yoxdur və əməliyyat davam edir.

"Bütün təfərrüatları açıqlamırıq, düşmənin şəxsi heyəti, eləcə də qüvvə və vasitələri arasında itkilər var. İtkilərin sayı barədə məlumat dəqiqləşdirilir", - Yusov əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR