İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Tramp atəşkəsi uzatdı

1995 22.04.2026 00:30 Dünya A A

ABŞ prezidenti Donald Tramp İranla bağlı atəşkəs rejimini uzadıb.

Musavat.com xəbər verir ki, bu qərarın Pakistan tərəfinin xahişi əsasında verildiyi bildirilir.

Məlumata görə, Tramp atəşkəsin Tehranın rəsmi təkliflərini təqdim etməsinə və danışıqlar prosesinin yekunlaşmasına qədər qüvvədə qalacağını açıqlayıb. Bu isə o deməkdir ki, tərəflər arasında diplomatik müzakirələr davam etdiyi müddətdə hərbi əməliyyatların genişlənməsi ehtimalı minimuma endirilməyə çalışılır.

Bununla yanaşı, ABŞ prezidenti bölgədə yerləşən hərbi qüvvələrin yüksək döyüş hazırlığında saxlanıldığını da vurğulayıb. O, eyni zamanda İran limanlarına tətbiq edilən dəniz blokadasının davam etdiriləcəyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR