İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya düyməyə basdı - Qara dənizdə QAYNAR ANLAR - Kiyevdən gələn soydaşımız CANLIda

1418 21.07.2023 14:50 Son xəbər A A

Rusiya donanması Qara dənizdə əsl sursatdan istifadə edərək təlim keçib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasına aid raket gəmisinin Qara dənizin şimal-qərb hissəsində "hədəf gəmiyə gəmi əleyhinə qanadlı raketlər" atdığını açıqlayıb.

"Hədəf gəmisi raket hücumu nəticəsində məhv edilib", - məlumatda deyilir.

Krımda körpünün partlamasından sonra Rusiya Ukraynanın Qara dəniz sahilindəki Odessa və Mikolayiv limanlarına silsilə hücumlar həyata keçirib.

Qeyd edək ki, Moskva bəyan edib ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına imkan verən taxıl müqaviləsini uzatmayacaq. Bu qərardan sonra Rusiya Ukraynanın Qara dənizdəki limanlarına gedən bütün gəmiləri potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcəyini açıqlayıb.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilir ki, Qara dəniz hövzəsindəki Rusiya limanlarına və Rusiyanın müvəqqəti işğalı altında olan Ukrayna limanlarına doğru üzən bütün gəmilər hərbi yük daşıyan gəmilər hesab ediləcək.

Qara dənizdəki bu hesablaşmadan bir neçə saat sonra Rusiya təlimlərə başlayıb və gərginlik pik həddə çatıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi, Kiyevdə yaşayan ictimai-fəal, bloger Qabil Osmanlı “Canlı debat”da gündəmi müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR