İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır: “Lazım DEYİLSİZ!” – Erkin Qədirli CANLIda 

902 01.03.2024 13:36 Gündəm A A

“Ermənistan hakimiyyəti Zvartnots hava limanında Rusiya sərhədçilərinin varlığını müzakirə edir”.

Bunu Mülki Müqavilə Partiyasından olan deputat Artur Ovannisyan deyib.

“Bu məsələ həm bizi, həm də cəmiyyətimizi narahat edir. Partiyamız daxilində müzakirələr gedir, hələ ki, bir qərar yoxdur”, - Ovannisyan bildirib.

Mülki Müqavilə Partiyasından olan digər deputat Vladimir Vardanyan da deyib ki, ölkənin hava sərhədlərini ermənilər qorumalıdır.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan rus sərhədçilərin Zvardnotsda qalmasının heç bir hüquqi əsası olmadığını bildirmişdilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.36-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız millət vəkili Erkin Qədirlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR