İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rubl uçdu: REKORD səviyyədə ucuzlaşma

16003 14.08.2023 10:26 İqtisadiyyat A A

Bu gün Moskva valyuta birjasında 1 dollar 100 rubldan yuxarı ticarət olunmağa başlayıb.

Musavat.com xəbər verir ki, 2022-ci ilin 23 martından bəri ilk dəfədir ki, rubl bu qədər dəyərsizləşir.

Qeyd edək ki, rublun bütün valyutalara qarşı zəifləməsi “Vaqner”in 24 iyun qiyamından kəskin şəkildə sürətlənib. Ötən müddətdə rubl dollar qarşısında 12 faizdən çox dəyər itirib. Əksər ekspertlər rublun ucuzlaşmasını sanksiyaların Rusiya iqtisadiyyatına real təsirinin başlanması ilə əsaslandırırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR