İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Qarabağdakı erməni silahlılarına ÇAĞIRIŞ: TƏSLİM OLUN!

1682 20.09.2023 10:15 Son xəbər A A

“Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq”.

Bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq: “Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır”. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR