İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ölkədə “molla agenturası” belə çökdürülür - detallar Fuad Abbasovla CANLI

446 06.04.2023 14:49 Son xəbər A A

İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.Bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.
Saxlanılan şəxs Bakı şəhər sakini Saleh Əli oğlu Həmzəyevdir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil. Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 18 nəfər saxlanılıb.

Bundan əlavə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

İran təhdidləri və terrorçu məqsədləri ilə Azərbaycandan nə tələb edir? Bu suala TVMusavat-ın saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə “Misra TV” rəhbəri Fuad Abbasov birgə cavab tapmağa çalışırlar. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR