İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Mövlud Çavuşoğludan İsrailə ÇAĞIRIŞ

1707 26.01.2023 16:17 Siyasət A A

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə təşkil etdiyi basqını tənqid edib.

Musavat.com xəbər verir ki, Çavuşoğlu İsrail hökumətindən bu cür hücum və təxribatlardan əl çəkməsini xahiş edib.

Qeyd edək ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə hücum edib.

İsrail qüvvələrinin güllə və gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində bölgədə qarşıdurma baş verib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, qarşıdurmada 9 fələstinli həyatını itirib, 16 nəfər isə yaralanıb. İsrail qüvvələrinin təcili yardım maşınlarının Cenin düşərgəsinə daxil olmasına mane olduğu bildirilib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR