İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İranda pakistanlılar GÜLLƏLƏNDİ - 9 nəfər ÖLDÜ

1655 27.01.2024 21:00 Hadisə A A

İranın Sistan və Bəlucistan əyalətində silahlı hücum olub.

Musavat.com xəbər verir ki, bu barədə "Mehr" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, insident bu gün səhər Saravan şəhərində baş verib. Belə ki, Sirkan məhəlləsində naməlum şəxslərin evə hücumu nəticəsində 9 pakistanlı işçi həyatını itirib.

Pakistanın İrandakı səfiri Məhəmməd Mudassir Tipu hücumu təsdiqləyib. O bildirib ki, silahlı şəxslər pakistanlıların qaldığı avtomobil təmiri sexinə girərək hücumu həyata keçiriblər.

Hələlik heç bir qrup və ya şəxs hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR