İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İran hərəkətə keçdi: Genişmiqyaslı müharibə...

1956 19.02.2024 14:50 Dünya A A

"İran ABŞ-la birbaşa qarşıdurmanın və Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün dəstəklədiyi silahlı birləşmələrə təxribatdan çəkinmək mesajı verib".

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Washington Post (WP) nəşri və Reuters xəbər agentliyi ABŞ, İraq və İran rəsmiləri ilə apardığı müsahibələrə əsasən yayıb.

Bildirilib ki, İordaniyada 3 ABŞ əsgərinin həyatını itirdiyi baza hücumundan bir gün sonra İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı İsmayıl Kani İraqın paytaxtı Bağdada gedərək oradakı milis qüvvələrinin nümayəndələri ilə görüşüb.

Qeyd olunub ki, Kani buradakı milis nümayəndələrinə ABŞ-a qarşı bu cür sərt hücumların regionda kritik infrastruktura hücumlara, yüksək səviyyəli komandirlərin öldürülməsinə və İrana birbaşa müdaxiləyə səbəb ola biləcəyi ilə bağlı narahatlığını çatdırıb.

Rəsmilər İranın mesajının təsirli olduğunu düşünür.

ABŞ-ın İraqda “Kətaib Hizbullah”ın yüksək rütbəli üzvünə hücum etməsinə baxmayaraq, fevralın 4-dən bəri ABŞ ünsürlərinə qarşı heç bir hücumun olmadığı bildirilir. İsrail-HƏMAS müharibəsi başlayandan sonra Tehranın dəstəklədiyi qruplar ABŞ-ın Yaxın Şərqdəki bazalarına çoxlu hücumlar həyata keçirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR