İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İlham Əliyev MÜHÜM fərman imzaladı

2533 16.05.2023 15:48 Siyasət A A

Azərbaycanla Tacikistanın daxili işlər nazirlikləri və gömrük qurumları arasında, eləcə də hər iki ölkə arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında sənədlər təsdiq edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərmanlar imzalayıb.

Fərmana əsasən, 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Bundan əlavə, 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol” təsdiq edilib.

Eyni zamanda dövlət başçısının imzaladığı digər fərmanla 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR