İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gözlər İstanbulda: saat 19:00-da...

1880 08.03.2024 09:01 Son xəbər A A

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda aparılacaq, bundan sonra birgə mətbuat konfransı planlaşdırılır.

Bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.

"Prezidentlər Ərdoğan və Zelenski arasında görüşün yerli vaxtla təxminən saat 19:00-da prezidentin İstanbulda, Dolmabaxçadakı iş kabinetində baş tutacağı gözlənilir. Görüşdən sonra mətbuat konfransı planlaşdırılır", - agentliyin həmsöhbəti bildirib.

Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhə səbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR