İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Basarkeçərdə aksiya: yol bağlandı - VİDEO

3644 12.02.2024 13:46 Region A A

Basarkeçər şəhərinin və Qeqarkunik rayonunun qonşu kəndlərinin sakinləri fevralın 12-də səhər saatlarında şəhərə gedən əsas yolu bağlayıblar.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, onlar bununla pasport şöbəsinin fəaliyyətinə dəstək aksiyası təşkil ediblər.

“Fakt budur ki, hakimiyyət Vardenis Pasport və Viza Departamentinin ofisini bağlamaq qərarına gəlib və bununla da sərhəd sakinlərinin normal həyatını çətinləşdirib. Aksiyada Vardenis şəhərinin meri Aharon Xaçatryan da iştirak edir. Daha sonra aksiya dayandırılıb və yol açılıb. Xaçatryan qubernatoru gözlədiklərini deyib”,-məlumatda bildirilir. Erməni mediasının yazdığına görə, Basarkeçərdə yerləşən qurumların nümayəndələri uzun müddətdir ki, pasport ofisinə dəstək üçün imza toplayırlar. Çoxlu sayda imza toplanıb. İmzaları qubernatorluğa təqdim etməyə hazırlaşırlar və onları qane edəcək cavab gözləyirlər.

Bundan öncə xəbər yayılmışdı ki, Qeqarkunik rayonunun Vardenis və Çəmbərək icmalarının pasport xidmətləri bağlanmağa hazırlaşır. Geqarkunik rayonunun bütün pasport xidmətlərinin Martuni icmasının pasport xidmətinə qoşulması planlaşdırılır. Miqrasiya və Vətəndaşlıq Xidməti miqrasiya sahəsində dərin islahatlara başlanıldığına aydınlıq gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR