İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycanda qatar AŞDI - FOTO

1677 16.07.2024 15:48 Hadisə A A

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.

Musavat.com bildirir ki, Bizim.Media-ya daxil olan məlumata görə, hadisə dəmiryolun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR