İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Azərbaycanda icra başçısının qardaşı ÖZÜNÜ GÜLLƏLƏDİ - TƏFƏRRÜAT FOTO VİDEO yenilənib

5263 27.07.2023 00:40 Son xəbər A A

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranaraq özünə atəş açıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə 26 iyul, axşam saat 17:00 radələrində rayonun Pirəköcə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə ov tüfəngini təmizləyərkən ehtiyatsızlıq edib və silah onun əlində açılıb.

Nəticədə Azər Qaraşov qarın nahiyəsindən ağır xəsarət alıb və o elə hadisə yerindəcə dünyasını dəyişib. Bundan sonra hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

***

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, icra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib.

O, hadisə yerində vəfat edib.

Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

taleh-qarasovun-qardasi-intihar-etdi

1690401416_14b54fd02f4d51642e1da3f2bc1ff92520230619084201-85474-89-jpg.jpg (34 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR