İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycanda 3 milyonluq yeyinti - Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

3475 27.07.2023 19:25 Son xəbər A A

Bu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti büdcədən maliyyələşən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 1 milyard 123,4 milyon manat məbləğində vəsaitin istifadəsini yoxlayıb.

Nazirlikdən Musavat.com-a verilən məlumata əsasən həmin təşkilatların 14-də 675,0 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılma nəticəsində bu təşkilatlarda 1 milyon 150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Nəzarət tədbirlərinin gedişində bu ödənişlərin dövlət büdcəsinə tam olaraq bərpası təmin edilib.

Xidmətin 1 təşkilatda apardığı nəzarət tədbiri nəticəsində 448,4 milyon manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3 milyon 151,9 min manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR