İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: ABŞ İran mövqelərini bombalayır - VİDEO

2272 03.02.2024 01:48 Dünya A A

ABŞ İraq və Suriya ərazisində İran mövqelərinə hava zərbələri endirməyə başlayıb.

Musavat.com xəbər verir ki, 02 fevral saat ABŞ vaxtı ilə 16:00-da yerli vaxtla 01:00-da (EST) ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri İraq və Suriyada İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə və ona bağlı milis qruplarına qarşı hava hücumları həyata keçirib.

ABŞ hərbi qüvvələri 885-dən çox hədəfi vurub. ABŞ-dan uçan uzaqmənzilli bombardmançıların da daxil olduğu çoxsaylı təyyarələrlə təşkil olunan hava hücumlarında 125-dən çox dəqiq döyüş sursatı istifadə edilib.

Zərbə endirilən obyektlərə komanda və idarəetmə əməliyyatları, mərkəzlər, kəşfiyyat mərkəzləri, raketlər və pilotsuz uçuş aparatları anbarları daxildir.

Qeyd edilir ki, ümumilikdə 125 sursat istifadə edilərək 85 hədəf vurulub. 

 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR