İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 3 ayda Abşeronda qanunsuz dövriyyədən 16 kiloqram narkotik vasitə çıxarılıb

277 13.04.2022 16:53 Kriminal A A

Bu ilin 3 ayı ərzində Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 122 fakt aşkar edilib. Bu əməliyyatlar nəticəsində 16 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Qeyd edilən rəqəmin 6 kiloqramını xüsusi təsiredici qüvvəyə malik narkotik maddələr təşkil edir.

Bunu Abşeron Rayon Polis İdarəsinin rəis müvini, polis polkovniki Elçin Rəcəbov Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitenin Nəzdində İqtisadiyyat və Humanitar Kollecində narkommaniyaya qarşı maarifləndirmə tədbirində səsləndirib. “Narkomaniyaya Yox Deyək” mövzusunda keçirilən tədbirində tələbələr qarşısında çıxış edən Elçin Rəcəbov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq bu maddələrin fəsadları barədə geniş məlumat verib. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyətinin və digər qurumların əməkdaşları gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açaraq gənclərə bu pis vərdişdən uzaq olmağı tövsiyyə ediblər. Tədbirdə iştirak edən Rayon Polis İdarəsinin digər əməkdaşları ölkənin hər bir yerində olduğu kimi Abşeron rayonunda da narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizənin aparıldığını bildiriblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR