İnsanlara hürriyət, millətlərə istiqlal!

Somali qlobal cihadın qərargahına çevrilir

412 20.06.2024 12:23 Dünya A A

ABŞ Somalidə artan cihad təhlükəsindən narahatdır. Pentaqon rəsmiləri bildiriblər ki, “İslam dövləti”nin (İD) rəhbərliyi Somaliyə “sərmayə qoyuluş yeri” kimi görür.

Musavat.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, Vaşinqton hesab edir ki, bu təşkilatın lideri Somalidə məskunlaşıb və mayın sonunda hədəfli zərbələrə məruz qalıb.

Ekspertlərin hesablamalarına görə, İD-in aktivləri daha da genişlənərsə, Afrika dövləti Qərbdə terror aktlarının planlaşdırılması mərkəzinə çevrilə bilər.

Pentaqon rəsmiləri Amerika nəşrlərinə Somalidə artan təhlükə barədə danışıblar. Onların fikrincə, İD liderləri Afrikanı “daha yaxşı və daha sərbəst fəaliyyət göstərə biləcəkləri” perspektivli yer kimi görürlər. Adı açıqlanmayan hərbi məmurlardan biri deyir: “Onlar həqiqətən də “xəlifə”nin fiqurunu bu bölgəyə köçürüblər. “Xəlifə” strateji liderliyi təmin edir və bu, təşkilatın bizim gözlədiyimizdən daha çox böyüməsinə imkan yaradır”.

Amerikanın hesablamalarına görə, Somalidə İD-in döyüşçülərinin sayı 100-dən 200-ə qədər yaraqlı arasında dəyişir, lakin “heyət” artır. Somali kəşfiyyatının hesablamalarına görə, İD qonşu Yəməndən böyük insan axını alır.

“İslam dövləti”nin qlobal liderinin başqa qitədə yerləşməsi ehtimalı hələ ötən ilin dekabrında BMT-nin analitik dəstək və sanksiyalar üzrə monitorinq qrupu tərəfindən açıqlanmışdı. Onun BMT Təhlükəsizlik Şurasına göndərdiyi mesajda deyilir: “Yoxlanma səviyyəsi və təhlükəsizlik problemlərinə görə, İŞİD nüvəsinin ağırlıq mərkəzinin İraq və Suriyadan kənara keçməsi ehtimalı artır. Yeni lider Afrikada və ya Əfqanıstanda ola bilər".

Həmin vaxt BMT ekspertləri İraq və Suriyada “xilafət”in dirçəliş riskinin qaldığını da əlavə ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR