İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts Putinin müsahibəsini “gülünc” adlandırıb

872 10.02.2024 11:55 Son xəbər A A

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Co Baydenlə görüşdə Rusiya prezidenti Vladimir Putinin jurnalist Taker Karlsona verdiyi müsahibəni pisləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, açıqlamasını X sosial şəbəkəsində yayıb.

“Biz Putinlə gülünc bir müsahibə gördük. O, həmişə bu münaqişənin tarixi ilə bağlı çoxlu yalanlar danışır”, - məlumatda deyilir. Şolts qeyd edib ki, bununla belə, onun müsahibəsinin altında insanlar Putini dinləmək və Almaniyanı rüsvay etməmək lazım olduğu barədə şərhlər yazmağa başlayıblar.

360 telekanalı xəbər verir ki, bir gündə Vladimir Putinin Taker Karlsonla müsahibəsi 150 milyondan çox baxış toplayıb. YouTube platformasında söhbətə 8,3 milyon baxış olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, müsahibənin əsas məqsədi Qərbin Rusiyanı eşitməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR