İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Rusiya Zelenskinin kabinetini raketlə vuracaq

2331 14.04.2022 15:15 Gündəm A A

“Rəsmi Moskva ilə Kiyev arasında birbaşa danışıqların yeni raundu ilə bağlı anlaşma yoxdur”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 14-də jurnalistlərə bildirib.

O, Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı sualına cavabında deyib: “Yox, hələ heç nə yoxdur”. D.Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən prinsipial olaraq heç vaxt imtina etməyib.

Rusiya Müdafiə Nazirliyinin Ukraynanı “Kiyevdəki idarəetmə mərkəzlərini” bombalamaqla hədələməsinə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç adekvat cavab verib. Qeyd edək ki, söhbət Prezident Ofisi və digər idarəetmə strukturlarının vurulması ehtimalından gedir.

Arestoviç Rusiyanın Kiyevdəki mərkəzi dövlət orqanları binalarına raket zərbələri endirilməsi barədə hədələrini real qəbul etdiklərini deyib: “Onlar qərarların qəbul edilməsi mərkəzlərini vuracaqlarını deyirlər. Onların xarakterini bildiyimdən, şübhə etmirəm ki, sülh müqaviləsi imzalanması ərəfəsindəki son gündə vuracaqlar, axı bunlar Kremldəndirlər... Deməli, hərbi idarəçilik, Ukraynanın bütün güc strukturlarının mərkəzi aparatları təhlükəyə məruz qalır. Mümkündür ki, Ali Rada, Nazirlər Kabineti, Prezident Ofisi... Biz həmişə buna hazırıq, qoyun uçsun (raket nəzərdə tutulur-red.), baxarıq”.

Lakin Arestoviç Rusiyanın Kiyevdəki dövlət idarəetmə mərkəzlərinə vurulacaq zərbələrinin cavabsız qalmayacağına da işarə vurub və deyib ki, belədə Ukraynanın Rusiyaya cavab zərbəsi endirmək üçün “gözəl imkanları” var.

TVMusavat-ın canlı yayınında “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova ilə azvision.az-ın baş redaktoru Vüsal Məmmədov Ukrayna böhranını müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR