İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HADİSƏ: 12 yaşlı qız 63 yaşlı din xadiminə ƏRƏ VERİLDİ - FOTO

1684 03.04.2024 14:58 Dünya A A

Qanada 12 yaşlı qız 63 yaşlı din xadiminə ərə verilib.

Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, sözügedən keşiş Nuumo Borketi Laveh Tsuru paytaxt Akkranın Nungua bölgəsində yaşayan icmanın hörmətli üzvüdür.

Məlumata görə, 12 yaşlı qız polisin himayəsi altına alınıb.

Yerli icmaya xidmət edən nüfuzlu bir keşişin ofisi isə "nikahı" müdafiə edərək bunun yalnız mərasim olduğunu bildirib.

Qeyd edək ki, Qanada evlilik üçün qanuni minimum yaş həddi 18-dir.

Son illərdə ölkədə uşaq nikahlarının sayı azalsa da, bu hal davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR