İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Avropa İnsan Hüquqları Məhkəməsi Saakaşvilinin şikayətini rədd etdi

6233 23.05.2024 14:34 Dünya A A

Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ölkənin hazırkı hakimiyyətini siyasi motivlərlə təqib etməkdə ittiham etdiyi iki şikayətini tamamilə rədd edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, qərar məhkəmənin saytında dərc olunub.

Dərc edilmiş hökmə əsasən, Saakaşvili 2018-ci il yanvarın 5-də və iyunun 28-də ona qarşı çıxarılan hökmlərin təsdiqlənməmiş şayiələrə və digər etibarsız sübutlara əsaslandığını iddia edib.

Eyni zamanda o, hesab edir ki, onun işinə baxan hakim müstəqillik və qərəzsizlik kriteriyalarına cavab verməyib.

Məhkəmə yekdilliklə AİHK-nın 18-ci maddəsinə əsasən iddiaçının həm 6232/20, həm də 22394/20 saylı şikayətlərini qəbuledilməz elan edib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. Oktyabrın 20-də Saakaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi (“Gürcüstan dövlət sərhədini qanunsuz keçmə”) ilə cinayət işi açılıb. Bu cinayət beş ilə qədər həbs cəzası nəzərdə tutur. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün o, Tbilisinin özəl “Vivamed” klinikasına aparılıb və bu günə kimi oradadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR