İnsanlara hürriyət, millətlərə istiqlal!

Snayper Trampa sui-qəsd cəhdi edən killeri öncədən görübmüş

1828 18.07.2024 14:15 Dünya A A

ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyadakı seçki kampaniyasının mitinqinin təhlükəsizliyini təmin etmək üçün taktiki komandanın tərkibində olan snayperlərdən biri siyasətçiyə sui-qəsd cəhdindən əvvəl atıcı Tomas Metyu Kruksu damda görübmüş.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Amerikanın “CBS News” telekanalı məlumat yayıb. Yerli hüquq-mühafizə orqanlarındakı mənbə telekanala deyib ki, snayper həmin anda tüfəngin binoklundan baxarkən Kruksu görüb və onun şəklini çəkə bilib. Bundan sonra o, şübhəli şəxs haqqında rəhbərliyə məlumat verib.

Kanalın həmsöhbətinin sözlərinə görə, Kruksun Trampa hücumda istifadə etdiyi binanın içərisində snayperlərdən ibarət taktiki qrup yerləşib. Atıcı görünəndə iki polis əməkdaşı dama çıxmağa çalışsa da, silahlı şəxs həmin an atəş açıb.

sanq-1.jpg (281 KB)

WTAE televiziya kanalı atıcını göstərən video nümayiş etdirib. Video sui-qəsddən bir saat əvvəl mitinq iştirakçılarından biri tərəfindən çəkilib. Açıq rəngli geyimdə olan Kruks kamera obyektivinə tərəf gedir. O, mühafizə olunan perimetr hasarının arxasındakı ərazidə gəzərkən görüntüyə gəlib.

Eyni zamanda, mitinqdə olanlar atıcının damda silahla hərəkət etdiyini görür və ona fikir vermirlər.

O da məlumdur ki, 20 yaşlı cinayətkar Trampa sui-qəsd edilən gün işdən bir günlük icazə alıb. O, bir işi olduğuğunu deyib. Kruks sui-qəsdin ertəsi günü işə qayıtmağı planlaşdırıb.

ABŞ-ın keçmiş prezidentinə sui-qəsd edildiyi gün Kruks üç dəfə məxfi xidmətdən yayına bilib. Əvvəlcə binada olan snayperlərdən biri küçədən dama baxan atıcını görüb. Kruks binaya baxış keçirib və gözdən itib. Bundan sonra o, qayıdıb, çəmənlikdə oturub və telefonuna baxmağa başlayıb.

Daha sonra Kruks məsafəölçən götürüb. Bundan sonra snayper komanda məntəqəsi ilə radioəlaqə saxlayıb. Bu zaman Kruks yenidən gözdən itib, sonra isə bel çantası ilə qayıdıb.

snaq-2.jpg (105 KB)

Snayperlər şübhəli şəxs barədə rəhbərliyə məlumat veriblər. Əlavə kömək üçün gələn asayiş keşikçisi Kruksun olduğu dama çıxarkən o, Trampa atəş açıb.

Polis hesab edir ki, Kruks damın üstünə çıxmaq üçün havalandırma sistemindən istifadə edib.

Hazırda FTB hələ də Trampa hücumun motivini müəyyən edə bilməyib. Onların fikrincə, Kruksun dostları az olub və güclü siyasi əqidəsi olmayıb. Həmçinin, onun telefonunda istintaqa kömək edə biləcək heç bir məlumat tapılmayıb.

sna-3.jpg (50 KB)

Bu infomasiyadan sonra Tomas Metyu Kruksun öncədən qarşı damdakı snayperin nişahgahında olması tezisi təsdiqini tapir. Həmin snayper onu, atəş açandan 1-2 saniyə sonra bir atəşlə öldürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR