İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan hərbçilərlə bağlı İLGİNC çıxış

9641 06.06.2023 15:27 Siyasət A A

Milli Məclisin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edilib. Komitə sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib.

Musavat.com-un xəbərinə görə, komitə sədri Siyavuş Novruzov müzakirələr zamanı çıxış edərək bildirib ki, ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə bununla bağlı müraciətlər edilir:

“O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə də müraciətlər olur. Belə ki, onlara müxtəlif formada vədlər verilir. Əmək haqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər”.

S.Novruzov əlavə edib ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır: “Bir çox vətəndaşımızı şirnikləndirmə yoluyla vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlər törədib. Odur ki, buna yol verməməliyik və məsələni qanunla tənzimləməliyik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR