İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan “antimilli şura” ilə mübarizə aparanlara medal vermək təklifi

1028 27.05.2022 11:40 Gündəm A A

Milli Məclisdə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Siyavuş Novruzov söz alaraq bildirdi ki, ətraf mühitin mühafizəsindən söhbət gedərkən təkcə təmiətə, bitkilərə ziyandan söhbət getməməlidir, eyni zamanda ictimai şüura ziyan vuranlarla mübarizə aparan siyasi partiya təmsilçilərinə də medal təqdim olunmalıdır.

S.Novruzov dedi ki, son vaxtlar “antimilli şura” beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı təzyiqləri gücləndirməyə çağırıb. “Biz bu günədək eşkitmədik ki, bu, ətraf mühiti korlayanlar Ermənistana qarşı təzyiqlərin çoxaldıması barədə müraciət etsinlər”,- komitə sədri əlavə etdi.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanda böyük işlər görülür: “Türk şahinləri” azərbaycanlı qardaşları ilə bir yerdə möhtəşəm uçuşlar həyata keçirir, Qarabağda yenidənqurma işləri aparılır: “Belə bir məqamda və hər yerdə uğur əldə edilən vaxtda Azərbaycana təzyiq edilməsinə çağırışlara hansı lüzum var? Cənab prezident gün ərzində 6-7 nümayəndə heyətilə görüşür. Bakıya gələn nümayəndələr Azərbaycanla işləməyə hazır olduqlarını deyirlər. Hansı zəruri səbəb ortaya çıxıb ki, Azərbaycana təzyiqlərə çağırırlar? Antimilli şuranın üzvləri, onun rəhbərləri, amerikada oturanlar, Azərbaycan əleyhinə söyüşdən istifadə edənlərə qarşı istifadə edənlərə qarşı mübarizə gücləndirilməlidir”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR