İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Veteranların müavinətlərinə heç olmasa 50-70 manat əlavə olunsun”

902 02.05.2023 15:02 Son xəbər A A

Milli Məclisin komitə sədri Siyavuş Novruzov plenar iclasda növbəti dəfə Azərbaycanda müharibə veteranlarına verilən müavinətin 80 manatdan 130 manata çatdırılması təklifini səsləndirdi.

Deputat bildirdi ki, son illərdə kommunal xidmət haqlarında müəyyən dəyişikliklər olub, bu da avtomatik olaraq veteranların güzəranına təsir efib.

S.Novruzov dedi ki, 1-ci və 2-ci Qarabağ müharibəsinin 80 mindən çox veteranı var: “Onlar da 80 manat civarında müavinət alır: “Həmin məbləğin artırılması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq lazımdır. Heç olmasa, müavinətlərə 50-70 manat məbləğində əlavə olunsun. Müharibə veteranları üçün ayrılan müavinətlər qaza, işığa və nəqliyyata sərf olunur. Həmin müavinət təyin olunandan sonra kommunal xərclərin qiymətləri də dəyişib. Bugünkü 80 manat müavinət də həmin xərclərin ödənilməsini təmin etmir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR