İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: İran bu məsələyə münasibətini açıqlamalıdır

502 05.04.2024 13:03 Siyasət A A

Milli Məclisin komitə sədri Siyavuş Novruzov plenar iclasdakı çıxışı zamanı Ermənistanın artan təxribatlarından bəhs edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, son günlər Ermənistanın xüsusilə Zəngəzur ərazisinə hərbi texnika yığması Azərbaycanı narahat edir və Azərbaycan bu narahatlıqlarını diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, bu təxribatın qarşısı ciddi şəkildə alınacaq:

“Amma məni narahat edən İran İslam Respublikasının susqunluğudur. 44 günlük müharibədə dəfələrlə Azərbaycana qarşı bəyanatlar səsləndirirdi. İranın konsulluq açdığı əraziyə Amerikanın, Fransanın kəşfiyyatçıları yığışır. Hesab edirəm ki, İran bu məsələyə münasibətini açıqlamalıdır. İran bilməlidir ki, o silahlar həm də onun üçün ora yığılır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR