İnsanlara hürriyət, millətlərə istiqlal!

Sisidən kritik Türkiyə qərarı - İllər sonra İLK yaşandı...

1607 23.07.2023 20:02 Son xəbər A A

Misir prezidenti Əbdülfəttah Sisi Əmr əl-Hamamini Misirin Ankaradakı səfiri postuna təyin edib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, təyinatla bağlı sərəncam Sisinin imzası ilə rəsmi qəzetdə dərc olunub.

Xatırladaq ki, 2019-cu ildən Misirin Ankaradakı səfirliyində müvəqqəti işlər vəkili olan Əmr əl-Hamami 2011-2015-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Misir missiyasında hüquq müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında buzlar əriməyə başlayıb.

Tərəflər 2013-cü ildən bəri ilk dəfə olaraq qarşılıqlı şəkildə səfir təyin etmək barədə razılığa gəliblər.

İndiyədək qarşılıqlı əlaqələri müvəqqəti işlər vəkillər tənzimləyirdi.

Bir müddət öncə diplomat Salih Mutlu Şen Türkiyənin Qahirədəki səfiri təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR