İnsanlara hürriyət, millətlərə istiqlal!

Siqaret çəkə-çəkə yatan şəxs yanaraq ÖLDÜ - FOTO

876 25.01.2024 20:50 Dünya A A

Moskvanın mərkəzində yaşayış binasında ölümlə nəticələnən yanğın baş verib.

Yanğın yanvarın 23-də axşam saatlarında Protopopovski prospektində yerləşən binanın mənzilində qeydə alınıb.

Məlumata görə, 60 yaşlı kişi evdə yandırdığı siqaretlə yuxuya gedib. Bu isə evdə yanğına səbəb olub. Yanğın nəticəsində mənzil sahibi və iti ölüb. Heyvanın meyiti dəhlizdə tapılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, prosesin gedişi Meşçanski Rayonlararası Prokurorluğu tərəfindən nəzarətə götürülüb. Moskva prokurorluğunun mətbuat xidməti qeyd edib ki, yanğının səbəbi ekspertlər tərəfindən yanğın-texniki ekspertiza zamanı müəyyən ediləcək.(Lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR