İnsanlara hürriyət, millətlərə istiqlal!

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə, bütün dünyada fəlakət yaşanacaq - FOTO

1521 28.03.2024 16:37 Maraqlı A A

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir.

Musavat.com baku.ws-yə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib.

Son illərin ən güclü geomaqnit qasırğası olaraq qeydə alınan bu partlayış xüsusilə Şimali Amerika və müxtəlif bölgələrdə gündəlik həyata təsir etmə potensialına malikdir.

Bu gözlənilməz partlayış bir çox ölkələrin bəzi ölkələrdə elektron cihazlarda problem yarada biləcəyi ilə bağlı narahatlığa səbəb olub.

Ötən aylarda yayımlanan Simpsons seriyasında günəş partlayışı baş verir.

Serialda ani günəş partlayışından sonra bütün elektron cihazlar yararsız hala düşür və dünya qaranlığa qərq olur.

Bu epizod yayımlandıqdan sonra İngiltərə Baş nazirinin müavini Oliver Douden oxşar fəlakətin rəqəmsal cihazları sıradan çıxara biləcəyinə dair açıqlamalar verdi.

Douden Britaniya vətəndaşlarını bu ehtimala hazır olmaq üçün şamlar və batareya ilə işləyən radiolar kimi köhnə texnologiyaları ehtiyatda saxlamağa çağırıb.

Qeyd edək ki, məşhur Simpsonlar cizgi filmi daha əvvəl koronavirus, 11 sentyabr hücumları, kripto pul, Donald Trampın prezidentliyi kimi mövzularda öncəgörücülük etmişdi. Serialın hətta Ukrayna-Rusiya müharibəsindən də xəbəri olduğu iddia edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR