İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: Qondarma “DQR”in qorunub saxlanması Ermənistana TƏHDİDDİR

1483 16.11.2023 15:25 Region A A

Ermənistanda “Qarabağın” (separatçı qurum nəzərdə tutulur-red.) dövlət qurumlarının qorunub saxlanması ölkəmizin təhlükəsizliyinə təhdiddir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 16-da parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Bizim Qarabağ erməniləri ilə bağlı böyük problemimiz var. Mən burada dövlətçilik institutlarını qorumaq və inkişaf etdirmək məqsədini görmürəm, bunu Ermənistan Respublikasının təhlükəsizliyinə birbaşa təhdid və zərbə hesab edirəm. Mən bütün həmkarları eyni məntiqə əməl etməyə çağırıram”, - deyə Simonyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR