İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan gözə tüpürməyindən danışdı

846 04.04.2023 19:50 Son xəbər A A

“Heç kimin mənə satqın deməyə haqqı yoxdur. İkincisi, Ermənistan vətəndaşlığı olmayan, burada “Daşnaksütyun” təşkilatının üzvü kimi sadəcə sərbəst şəkildə fəaliyyət göstərən şəxslə diasporu səhv salmayın”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan onun iştirakı ilə İrəvanda baş vermiş insidentlə bağlı bu sözləri deyib.

“Hadisə ilə bağlı hər şey deyilib, mən ilk dəfə deyil ki, belə hərəkətlərə reaksiya verirəm və bundan sonra da reaksiya verəcəyəm. Heç kim bir daha belə bir şey etmək fikrinə düşməsin. Seçilmiş hakimiyyət nümayəndələri bir yana, kimsənin bir-birini incitməyə haqqı yoxdur. Hadisədə kimsə döyülməyib, ona görə də cinayət təqibi ola bilməz. Mən onun söz azadlığı ilə bağlı fikrimi bildirdim”, - deyə Simonyan qeyd edib.

Xatırladaq ki, aprelin 3-də vətəndaş Karen Mkrtçyan Ermənistan parlamentinin sədri Alen Simonyanı satqın adlandırıb, sonuncu öz növbəsində mühafizəçilərinə onu tutmağı əmr edib və gözünə tüpürüb. Alen Simonyan hadisəni inkar etməyib. “Qanuni hakimiyyətin nümayəndəsini təhqir edən layiqli cavabını alacaq”, - deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR