İnsanlara hürriyət, millətlərə istiqlal!

“Shell” Nigeriyada qurudakı neft yataqlarından çıxır

452 16.01.2024 17:52 İqtisadiyyat A A

Dünyanın ən böyük enerji nəhənglərindən olan “Royal Dutch Shell” neft və qaz konserni Nigeriyada qurudakı neft və qaz bölməsini 2,4 milyard dollara “Renessans” konsorsiumuna satır.

Musavat.com xəbər verir ki, Shell Petroleum Development Company of Nigerianın (SPDC) alıcıları ilkin olaraq 1,3 milyard dollar, satış prosesi bağlandıqdan sonra isə 1,1 milyard dollar ödəyəcəklər.

Konsorsiuma Nigeriyanın ND Western, Aradel Energy, First E&P və Waltersmith şirkətləri, həmçinin Avstraliyanın Petrolin şirkəti daxildir.

1930-cu illərdən Nigeriyada fəaliyyət göstərən “Shell”, ölkənin ofşor yataqlarının operatoru olaraq qalacaq.

Qeyd edək ki, Böyük Britaniya-Niderland şirkəti olan “Shell”in səhmləri 0,4 faiz ucuzlaşıb. Son üç ayda şirkətin kapitallaşması 11,6 faiz azalaraq 159,5 milyard funt-sterlinqə (201,5 milyard dollar) düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR