İnsanlara hürriyət, millətlərə istiqlal!

Seymur Herş: “Gerasimov-Zalujnı xətti ilə sülh danışıqları başlanıb”

625 02.12.2023 12:18 Dünya A A

Məşhur amerikalı jurnalist Seymur Herş “Substack” platformasında yazıb ki, guya Rusiya və Ukrayna Valeri Gerasimov (Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi) ilə Valeri Zalujnı (Ukraynanın müdafiə naziri) arasında sülh danışıqlarına başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, S.Herş yazıb: “Rusiya və Ukrayna arasında ciddi sülh danışıqları sürətlənib”.

Eyni zamanda Herş yazır ki, bu danışıqların hərəkətverici qüvvəsi Vaşinqton və ya Moskva deyil, tərəflərin döyüş əməliyyatlarına rəhbərlik edən iki yüksək rütbəli general olub.

Amerikalı jurnalist iddia edir ki, bu məsləhətləşmələrdə Ukraynanın ərazi müqabilində NATO-ya daxil olması ehtimalı və alyansın Ukraynada öz qoşunlarını və hücum silahlarını yerləşdirməmək öhdəliyi müzakirə edilir.

Eyni zamanda, nəşr Ağ Evin bu sxemə qəti şəkildə qarşı olduğunu bildirir. Ukrayna prezidenti Vladimir Zelenski də buna qarşı çıxır, o hesab edir ki, ölkə sona qədər mübarizə aparmalıdır.

Herş bir amerikalı rəsmiyə istinad edərək əlavə edir ki, Zelenski problrmin hərbçilərin işi olduğunu başa düşmək məcburiyyətində qalıb, ona görə də danışıqlar onunla və ya onsuz davam edəcək.

Herş Zelenskiyə göndərdiyi mesajın mənasını yazıb: "Lazım gəlsə, Karib dənizinə səfəriniz üçün pul ödəyəcəyik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR