İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevinc Telmanqızı Gədəbəyin icra başçısını SƏRT TƏNQİD etdi: "78 yaşlı nənə ilə nə işin var?!"

2678 22.06.2023 02:15 Gündəm A A

Məlum olduğu kimi, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək.

Musavat.com xəbər verir ki, "TV Musavat"ın baş redaktoru, aparıcı Sevinc Telmanqızı canlı efirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun hadisə ilə bağlı fikirlərini sərt tənqid edib. 

Verilişin sözügedən hissəsini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR