İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə və Rusiya ABŞ-da inflyasiyanı artırdı

928 13.09.2023 21:06 İqtisadiyyat A A

Avqustda ABŞ-da inflyasiya yenidən sürətlənib.

Musavat.com xəbər verir ki, ölkənin Əmək Nazirliyinin məlumatına əsasən, ötən ay istehlak qiymətləri illik ifadədə 3,7 faiz artıb.

Xatırladaq ki, bir ay əvvəl bu rəqəm 3,2 faiz olub və iyundakı 3,1 faizdən 1 faiz bəndi yüksəlib. Ona qədərsə 2022-ci ilin iyulundan bəri hər ay azalma qeydə alınmışdı. Nazirlik bildirir ki, inflyasiyanın sürətlənməsinin əsas səbəbi benzinin bahalaşması olub.

ABŞ-da inflyasiya ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sisteminin 2 faizlik hədəfini aşır. Son iki ayda inflyasiyanın sürətlənməsi FED-in sərt monetar siyasəti davam etdirməklə uçot dərəcəsini yenidən artırmasına gətirib çıxara bilər. Bu isə ABŞ iqtisadiyyatı üçün resessiya ehtimalını artıran əsas amildir.

Qeyd edək ki, benzinin bahalaşması dünya bazarında neftin qiymətinin artması ilə bağlıdır. Rusiya və Səudiyyə Ərəbistanının hasilatı və ixracı azaltması neft qiymətlərinin 75 dollardan 93 dollara qədər bahalaşmasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR