İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş sürücü avtomobili piyadaların üzərinə sürdü: ÖLƏNLƏR VAR - VİDEO

1398 12.05.2024 09:45 Dünya A A

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücünün idarə etdiyi “ZİL-131” markalı yük avtomobili və piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bu barədə regionun yol polisinin rəisi Baurjan Alenov feysbukda bildirib.

“Sürücü patrul əməkdaşlarının “dayan” tələbinə məhəl qoymayıb və təqibdən qaçmağa cəhd edib. Nəticədə yük maşını idarə edən 49 yaşlı kişi sürətlə Almatı-Jetigen yolunun 32-ci km-də avtobus dayanacağına çırpılıb. Qəza sonucunda iki nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib”, – yol polisi rəisi açıqlayıb.

Tibbi ekspertizanın nəticələrinə görə, qanun pozucusu nəqliyyat vasitəsini orta dərəcədə sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı cinayət işi açılıb./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR