İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxan Xavəri yeni vəzifəyə TƏYİN OLUNDU FOTO

1843 05.04.2024 18:18 Ölkə A A

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Musavat.com report-a istinadən xəbər verir ki, akademiyanın prezidenti akademik İsa Həbibbəyli bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Abbas oğlu Xavəri gətirilib.

Xatırladaq ki, S.Xavəri 1973-cü il mayın 26-da Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildən AMEA sistemində çalışan S.Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib. O, yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR