İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirliyə iki mərtəbəli ev tikən türkiyəli iş adamı “Daha bir vədimi də yerinə yetirəcəm” dedi – VİDEO

2445 18.09.2023 19:20 Gündəm A A

Tanınmış türkiyəli iş adamı Sebahettin Civelek yenidən Bakıya gəlib.

Musavat.com bildirir ki, türkiyəli iş adamı bu dəfəki gəlişində də dostları, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, ülkücü Ali Yıldırım ilə birlikdə Sərvər Bəşirlinin ailəsində qonaq olub, təməlini qoyduğu iki mərtəbəli evin son inşaat işləri ilə yaxından tanış olub.

Sebahettin Civelek TV Musavat-a açıqlamasında müəyyən səbəblər üzündən evin inşa işlərinin hələlik tam bitmədiyini deyib. İş adamı tam istifadəyə hazır olduqdan sonra evin bütün məişət əşyalarını da özü təmin edəcəyini açıqlayıb.

Sərvər Bəşirli, atası və digər ailə üzvləri böyük dəstəyə görə Sebahettin Civelek, Rauf Arifoğlu və Ali Yıldırıma təşəkkürlərini bildirib.

Xatırladaq ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Sərvər Bəşirlinin öz köhnə “jiquli”si ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. Əslən Laçından olan Sərvər Bəşirlinin bu yardımsevərliyi hər iki ölkə insanını göz yaşlarına boğmuşdu. Türkiyəli iş adamı Sebahettin Civelek Bakıya gələrək Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edib, ailəsi üçün tikiləcək ikimərtəbəli evin təməlini qoymuşdu.

Daha ətraflı aşağıdakı linkdə:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR