İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqi Azərbaycandan ixrac İranın Ermənistana ümumi ixracının 40%-ni təşkil edir

568 14.01.2023 21:06 Region A A

 

 

İrandakı təqvimlə cari ilin ilk doqquz ayında (martın 21-dən dekabrın 21-dək)  Şərqi Azərbaycan əyalətindən ixrac ölkənin Ermənistana ümumi ixracının 40%-ni təşkil edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu dövrdə İranın Ermənistana ixracının ümumi həcmi 304 milyon dollar təşkil edib ki, bunun da 125 milyon dolları Şərqi Azərbaycandan göndərilib.

Vilayətin Sənaye, mədən və ticarət təşkilatının rəhbərinin sözlərinə görə, bu müddət ərzində bölgənin Ermənistana ixracının miqdarı 702 min tona çatıb.

Bu dövrdə əsas ixrac olunan məhsullar bitum, metal mineral məmulatları, kimya məhsulları, meyvə, tərəvəz, quru meyvə və qoz-fındıq olub.

Vilayətin Sənaye, mədən və ticarət təşkilatının keçmiş rəhbəri Həbib Əminzadənin sözlərinə görə, Şərqi Azərbaycan İranın bölgələri arasında faydalı qazıntı ehtiyatlarına görə ilk yerlərdən birini tutur.

Şərqi Azərbaycanın mineral ehtiyatları 8,5 milyard ton təşkil edir. Ölkədə müəyyən edilmiş 57 növ faydalı qazıntıdan 31-i burda çıxarılır. Sarab, Kəleybər və Azərşəhrdə 13 mis, səkkiz qızıl, yeddi dəmir filizi və üç nefelin mədəni var.

Əyalətdə 735 müəyyən edilmiş mədən mövcuddur ki, onlardan 400-ü aktivdir. Həmin mədənlərdə 12612 nəfər işləyir. Şərqi Azərbaycan İranda ən yüksək məşğulluq səviyyəsinə görə ikinci yerdədir.

Maraqlıdır ki, Şərqi Azərbaycanda 30 polad istehsalı müəssisəsi yerləşir və illik polad ixracı 100 milyon dollardan artıqdır. Burada ildə 5,5 milyon ton polad istehsal edir və bu da İranda ümumi polad istehsalının 24%-ni təşkil edir.

Cənubi Azərbaycanın ürəyi sayılan Təbriz İranda şokolad və biskvit istehsalının mərkəzi hesab olunur. İranda biskvit və şokoladlarının təxminən yarısı Təbrizdə istehsal olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR