İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədimizdə GƏRGİNLİK başladı: ermənilər AKSİYA KEÇİRİR, yol bağlandı, küçəyə töküldülər – CANLIda

1289 12.02.2024 13:28 Son xəbər A A

Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Vardenis (Basakeçər – red.) bölgəsində etiraz aksiyası keçirilir. Sakinlər ərazidə dövlət strukturlarının və pasport məntəqələrinin bağlanmasına etiraz edirlər. Hazırda əraziyə qonşu kəndlərdən də insanların gəldiyi və şəhərə gedən yolun bağlandığı bildirilir.

Məlumata görə, Vardenis şəhərinin meri Aharon Xaçatryan da aksiyaçılarla birlikdə etirazlara qoşulub. Qeyd edək ki, bir müddətdir Azərbaycanla sərhəddə yerləşən ərazilərdə dövlət strukturlarının bağlandığı, bölgənin boşaldığı deyilir.

Eyni zamanda Rusiya sülhməramlıları ilə bağlı verilən son açıqlamalar, ardınca Azərbaycan və Rusiya tərəfiin sülhməramlı mövzusunda keçirəcəyi toplantının anonsu da düşünməyə vadar edir. Rusiya nəyə hazırlaşır? Proseslər hara doğru gedir?

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR