İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə sıradan görüş

693 01.12.2023 10:10 Siyasət A A

Azərbaycan və Ermənistan baş nazirlərinin sərhəd görüşü necə nəticələndi?

Noyabrın 30-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə (Qazax və İcevan sərhədi) Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

XİN-dən Musavat.com-a verilən xəbərə görə, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.

Məlumatda həmçinin deyilir ki, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

Tərəflər eyni zamanda komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, buna qədər delimitasiya komissiyalarının 4 görüşü keçirilib: ikisi sərhəddə - Arazdəyən və Qazax; ikisi xaricdə - Moskva və Brüssel; bütün görüşlərdə yeganə nəticə “danışıqların davam etdirilməsi üzrə razılaşma” olub. Qazax sərhədində keçirilən dünənki görüş sayca beşincidir və siyasi ekspertlərin fikrincə, əvvəlkilərdən ciddi fərqli olacağı gözlənilən deyildi. 

qaynarinfo.az

Asif Nərimanlı 

Siyasi ekspert Asif Nərimanlı hesab edir ki, tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir, işğal altında qalan 8 kəndin - Qazağın 7 və Naxçıvanın Kərki kəndinin azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiasını irəli sürür,  sərhəd məsələsində hansısa razılaşma xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Bu şərtə isə Qərb cəbhəsi razılaşmayacaq: “Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddiaları İrəvanın "əlini yüksəltdiyini" göstərdi. Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirir ki, “Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”. İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədinin bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Və bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər. Nəticə etibarilə, Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir. 

Beşinci görüşün nəticələrinin  öncəkilərindən yeganə fərqi bu görüşdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırılması, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşmənin əldə olunmasıdır.

Ona görə də beşinci görüşdə də xüsusilə ciddi nəticələrin əldə edilməcəyi ehtimalları özünü doğrultdu. Ümumən isə görüşü faydalı saymaq mümkündür".

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu da bildirib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin sərhəd mövzularını müzakirə etmək məqsədilə növbəti görüşünü faydalı hesab etmək olar: “Aydındır ki, bir görüşdən və ya görüşlər seriyasından nəticə çıxmayacaq. Bütün hallarda bu prosesi davam etdirmək lazımdır. Ümumiyyətlə, Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var. Bu yolla həm Ermənistanla razılaşmaya yaxınlaşmaq olar, həm də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırmaq mümkündür. Çünki əgər iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyi ilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR