İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd danışıqlarının növbəti raundu: Qriqoryan Mustafayevlə GÖRÜŞƏCƏK

790 08.01.2025 12:06 Son xəbər A A

Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının rəhbərləri Şahin Mustafayev və Mher Qriqoryan yaxın vaxtlarda növbəti görüş keçirəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə Qriqoryanın ofisi məlumat yayıb.

"Görüş yaxın vaxtlarda baş tutacaq, dəqiq tarix hələ razılaşdırılmayıb", - ofisdən rusiyalı jurnalistlərə bildiriblər.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, yanvarda Bakı və İrəvan arasında sərhəd danışıqlarının növbəti raundu keçiriləcək.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR