İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şərəfini pula satanlar hərbçilərimizə ağır işgəncələr verib" - Deputatdan “Tərtər işi"nə SƏRT REAKSİYA

2144 07.09.2022 16:30 Gündəm A A

“Aprel döyüşlərinin iştirakçıları barədə saxta cinayət işi açılması, işgəncə ilə şikəst olanlar və qətlə yetirilənlər haqqında sosial şəbəkələrdə yayılan tükürpədici məlumatlardan sarsılmamaq mümkün deyil”.

Bakupost.az bildirir ki, bu fikirləri “Tərtər işi” ilə bağlı son günlərdə artan həbslərdən danışarkən millət vəkili Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Aprel döyüşçülərinə bu işgəncələri torpaqlarımızı əbədi işğalda saxlamaq üçün ordumuzun içərisinə yerləşən, şərəfini pula satan verib:

“Rusiya-Ermənistan cütlüyünün ordumuzun içərisinə yerləşdirdiyi xəyanətkar, şərəfini vəzifəyə və pula satan şəbəkə tərəfindən hərb tariximizə qəhrəmanlıq səhifəsi yazan 2016-cı il Aprel döyüşlərinin igid əsgər və zabitlərinə amansız işgəncələr verildi. Bu bağışlanılmaz cinayəti ordumuzu sarsıtmaq, onun döyüş əzmini qırmaq, torpaqlarımızı əbədi olaraq işğalda saxlamaq üçün etdilər. Ancaq bu cinayətkar şəbəkə və onu himayə edənlər kökündən yanıldılar. Əyilməz, qürurlu və Vətən üçün şəhid olmağı özünə şərəf , ucalıq bilən igid övladlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etməklə bərabər, həm də Aprel döyüşlərində adını azərbaycanlı qoyub, erməni qədər xalqımıza düşmən kəsilən xainlər tərəfindən min bir əzabla öldürülən, fiziki və mənəvi-psixoloji travmalar alan vətənpərvər və igid övladlarımızın da intiqamını aldılar”.

Millət vəkili qeyd edib ki, günahkarlar tezliklə aşkar olunaraq ən ağır cəzaya məhkum edilməlidir:

“Prezident İlham Əliyevin xüsusi göstərişi əsasında istintaqı yenilənən “Tərtər işi”ndə iştirak edən hər bir nəfərə – günahsız övladlarımıza saxta istintaq açan bütün təşkilatçılara, saxta istintaqı aparan və hökm çıxaranlara, saxta tibbi arayış verənlərə aman və güzəşt olmamalı, onlar ən ağıq cəzaya məhkum edilməlidirlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR