İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatizmi diplomatiya ilə bitiririk - RƏY

579 21.08.2023 16:34 Siyasət A A

“Azərbaycan diplomatiyası BMT Təhlükəsizlik Şurasında Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı müzakirələr prosesində qazandığı qələbəni davam etdirir. Təxminən 60 erməni əsilli Rusiya vətəndaşının Azərbaycanı tərk etməsi prosesin davamlı olacağını göstərir”.

Musavat.com xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov erməni əsilli Rusiya vətəndaşlarının Qarabağı tərk etməsini şərh edərkən bildirib.

Millət vəkilinin fikrincə, “Dağlıq Qarabağ”dakı ermənilər separatizmin perspektivinin olmadığını anlayıblar:

bf4cdef7-10c9-384c-b43f-3a109be2.jpg (83 KB)

“Azərbaycana qarşı separatçı davranışlar heç bir real nəticə vermir. Azərbaycan güclü dövlətdir. Onun güclü lideri və güclü ordusu var. Bu reallıqlar fonunda Azərbaycana qarşı iddialar irəli sürmək, təxribatlar törətmək, hərbi insidentlər həyata keçirmək heç bir nəticə vermir. Belə olan halda Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinə müraciət edərək bildirir ki, onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan çoxmillətli dövlətdir və ermənilər bütün millətlərin malik olduğu eyni hüquqları daşıyacaqlar. Bu, müzakirə predmeti deyil. Bu reallığı qəbul edənlər bütün imkanlardan istifadə etməklə özünün və övladlarının gələcəyini təmin etmiş olacaq. 60 erməninin seçimi bəllidir: onlar separatizmlə bağlı olduqları üçün ölkəmizin ərazisini tərk etdilər. Başqaları da papaqlarını qarşılarına qoyub düşünsünlər - ya başqa ölkənin vətəndaşlığı, ya da Azərbaycan vətəndaşlığı. Azərbaycan vətəndaşlığını qəbul etməyənlər Laçın nəzarət-keçid məntəqəsindən keçib istədikləri yerə gedə bilərlər. Bu Azərbaycanın diplomatik uğurudur. Biz bir güllə belə atmadan buna nail olmuşuq. Separatizm yolunu davam etdirmək istəyənlər fərqli aqibət gözləyir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR