İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların yeni həyasızlığı – Praqa görüşündən bir gün sonra...

6565 08.10.2022 15:10 Yazarlar A A

“Yüz mamaça olsa da, güc doğana düşər” deyiblər. ABŞ, Fransa, Rusiya yalnız ürək-dirək, təsəlli verə bilər, son qərar Ermənistanındır. Erməni xalqına barışıq əlimizi çoxdan - 44 günlük müharibədən xeyli əvvəl uzatmışıq. Yetər ki, kapitulyant tərəf daşı ətəyindən töksün. Türkə qarşı irqçi düşüncədən, kin-küdurətdən qurtulsun.

Bundan ötrü tələb olunan tək şey ermənilərin öz gözündəki “çəhrayı eynəkləri” çıxarıb da reallığı olduğu kimi görməsidir. Taleləri öz əllərində. Müharibəni artıq uduzublar, belə getsə, sülhü də uduzacaqlar.

Zaman gedir. Onlara uzanan sülh əli əbədiyyən havada qalmayacaq. Sonrakı peşmançılıq isə fayda gətirməz. Necə ki, gətirmir, xain qonşular “quyruğu yanmış siçan” kimi iki ildir ora-bura vurnuxur, başlarına döyürlər ki, niyə vaxtında, qat-qat uğurlu mövqedə ikən Azərbaycanla anlaşmadıq?

Ermənilərin yeganə ağıllı adamı Levon Ter-Petrosyan bunu zamanında duymuş, hələ uzaq 1998-ci ildə Bakı ilə sülh sazişinə cəhd göstərmişdi. Qoymadılar. Mifik hərbi “qələbə”dən məst olan radikal çevrələr, hikkəsi yerə-göyə sığmayan erməni lobbisi və onların total ideoloji basqısı altında olan erməni toplumu razı olmadı. Ta ki, 2-ci Qarabağ müharibəsinə, haqq öz yerini həmişəlik tutanadək.

Amma paradoks ondadır ki, işğalçı ordu darmadağın olsa da, məlum çevrələr günü bu gün də erməniləri gerçəyi görməyə qoymur. Ter-Petrosyanın “Böyük Ermənistanı unutmalıyıq”, “Qarabağ məsələsi bitdi” çağırışları yenə qulaqardı edilir. Onun özünə isə “xain, satqın” damğası vurulur.

Guya “qədim xalq” haradansa ilahi güc alıb təzədən toparlanacaq və “itirilmiş artsax ərazilərini” qaytaracaq. “Artsax” deyəndə də nə nəzərdə tutsalar yaxşıdır? Keçmiş DQMV ərazisi + keçmiş Şaumyan (kənd) rayonu + Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl və Qubadlı. Qısası, Azərbaycanın 20%-lik torpaqları...

Mənəvi şikəstlik, ağıldan kəmlik həm də ondadır ki, bunlar başlarına dəyən ağrılı dəmir “qapazlar”dan sonra da ağıllanmaq əvəzinə, öz absurd iddialarına davam edirlər. Bu da “isti” fakt.

Dünən üzdəniraq “artsax parlamenti” sırtıqcasına, Praqa görüşlərindən cəmi bir gün sonra (!) ABŞ, Fransa, Rusiya və BMT-nin digər üzvlərinə müraciət edərək, dqr”in (diqqət: məhz “dqr”in, “artsax”ın yox!) “müstəqilliyi”nin tanınması barədə çağırış edib. Burdan-bura yenə ağ yalanlar uydurub və iddia edib ki, guya “Qarabağ xalqı” tam legitim əsasda öz müqəddəratını artıq təyin edib, “qüsursuz referendum”la SSRİ tərkibindən çıxıb və Azərbaycanın ərazi bütövlüyünün “Dağlıq Qarabağ”a dəxli yoxdur.

Özünü dünyanın ən qədim milləti sayan, əslində isə ən zay tayfası olan bu keyfiyyətsiz məxluqata indi nə deyəsən?

Hərçənd, qoy sonuncu “patronlarını” da atsınlar. Başqa nə qələt edəsidirlər ki. Laçın şəhəri geri alınandan sonra artıq Ermənistandan “Şeytan yuvası”na gələn su-qaz, işıq xətləri də tam nəzarətimizdədir. Yalançının isə yaddaşı olmaz. O ki ola erməni.

Əvvəla, Sovet İttifaqı dağılanadək qüvvədə olmuş SSRİ-nin sonuncu (1977) konstitusiyası ittifaq tərkibindən çıxmaq hüququnu yalnız 15 müttəfiq respublikaya tanımışdı.

İkincisi, həmin konstitusiyanın 78-cı bəndində deyilirdi: “Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”. Yeri gəlmişkən, məhz bu maddə keçmiş DQMV-ni Ermənistana birləşdirməyə imkan vermədi.

Üçüncüsü, o necə azad, ədalətli, “qüsursuz referendum”dur ki, etnik təmizləmə aparılandan sonra keçirilib və yerli azərbaycanlı əhali səsvermədə iştirak eləməyib?

Dördüncüsü, hansı mötəbər beynəlxalq təşkilat (BMT, ATƏT, Avropa Şurası və s.) Qarabağdakı “qüsursuz referendum”u müşahidə edib, onun nəticələrini tanıyıb, ona müsbət rəy verib? Varmı, olubmu belə şey? Əlbəttə, yox!

Odur ki, türmələrimizin çoxdan darıxdığı separatçı-banditlər bu cəfəng nağılları özlərinə saxlasınlar. Haçan istəyir, öz nəvə-nəticələrinə danışa bilərlər. Əgər təbii ki, Qarabağda qala bilsələr, ayaqları altından torpaq qaçmasa. Onların halvası artıq çalınıb. Bir azdan ya “qılınclarını boyunlarından asaraq” Azərbaycan dövlətinə təslim olacaqlar, bizdən əfv diləyəcəklər, ya da nə qədər gec deyil, dabanlarına tüpürüb başlarının dəstəsi ilə torpağımızdan qaçacaqlar. Başqa şansları yoxdur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR