İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların ŞOK məqsədləri üzə çıxdı - “Biz bu praktikanı görmüşük”

2499 11.04.2023 12:23 Gündəm A A

Xəbər verdiyimiz kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürüb. 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Xankəndidəki separatçı rejim özünü Azərbaycan Respublikasının qarşı tərəfi kimi görür ki, bu da yolverilməzdir.

ccdaec139f04d0985538cb7b18eafac5.jpg (41 KB)  

“İkincisi, bu, onların adından rəsmi məlumat kimi yayılır (qondarma rejimin informasiya mərkəzi yayır). Üçüncüsü, görüş Xocalıda, sülhməramlıların gərargahında keçirilməlidir. Biz bu praktikanı martın əvvəlində görmüşük. Dördüncüsü, onlar Prezident Administrasiyasının görüşlə bağlı təklifini 2 dəfə təxirə salıblar. Beşincisi, bu görüşün xarakteri təxirə salınmadan humanitar məsələlərin olduğu qeyd olunur. Burada dərhal onların məqsədləri üzə çıxır: 1) Azərbaycanın əlindən təşəbbüsü almaq, 2) humanitar damğa üzərindən Azərbaycanı beynəlxalq ittihama gətirmək, 3) bu təşəbbüsü təkcə rus sülhməramlıları deyil, həm də erməni separatçılarının ələ keçirilməsini təmin etmək 4) Azərbaycanın qarşısına Xankəndidəki erməni separatçılarını çıxarmaq”, - siyasi şərhçi vurğulayıb.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR