İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılardan növbəti HƏYASIZLIQ: Gorusdan Turşsuya nə daşınır? CANLI

1756 03.04.2023 14:52 Son xəbər A A

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub. Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, bu, İlkin Süleymanovdur. O, Xocəsəndə saxlanılıb.

Bu arada isə Azərbaycan ordusunun Qarabağda son əməliyyatı zamanı separatçıların istifadə etdiyi torpaq yolların (Xankəndi-Xəlfəli-Turşsu) nəzarətə götürülməsi nəticəsində bir qrup erməninin hələ də qaldığı Böyük və Kiçik Qaladərəsi, eləcə də Turşsu kəndlərinin Xankəndi ilə əlaqəsi də kəsilib.

Yolun nəzarətə götürülməsi ilə separatçılarla əlaqəsi kəsilən bu kəndlərdəki ermənilərin indi seçimi Azərbaycana üz tutmaqdır. Lakin Ermənistanın prosesə gizli şəkildə müdaxilə etdiyi haqda məlumatlar var.

Turşsuda qalan 73 erməninin Gorusla əlaqə qura bilməsi də bunu deməyə əsas verir. Kənd icmasının rəhbəri Qaqik Nəsibyan Ermənistan mediasına açıqlamasında bunu etiraf edib. “Xankəndi ilə əlaqə tamamilə kəsilib. Yol olmadığı üçün ərzaq məsələlərini Xankəndidən həll etmək mümkün deyil, buna görə ərzağı Gorusdan daha rahat şəkildə gətirirlər”, - o bildirib.

Nəsibyan Gorusla necə əlaqə yaratdıqlarını açıqlamayıb. Xəritə üzərindən Turşsu və Gorus arasındakı məsafəyə baxdıqda da bunun mümkün olması sual altına düşür. Burada iki mümkün versiya var:

Birincisi, Ermənistanın Qarabağa hansısa gizli yollarla keçid imkanı hələ də qalır və bu yollarla Turşsuya yük göndərir; ikincisi, Rusiya sülhməramlıları kənddə qalan ermənilərin təminatını Gorusdan təmin edir: hərçənd, təminat Gorusdan olduğu üçün hər iki halda prosesdə Ermənistanın iştirakı məlumdur.

Ermənistandan Qarabağa ərzaq adı altında silah-sursatın daşındığı təcrübəsi fonunda bu məsələ xüsusilə diqqət çəkir. İstisna deyil ki, Turşsuda qalan 73 erməniyə “ərzaq aparılır” adı ilə Azərbaycan ərazisinə gizli şəkildə hərbi yüklər keçirilir. Bakının bu məsələni diqqətdə saxlaması zərurəti var.

TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində siyasi ekspert Turab Rzayevlə İranın təhdidlərinin səbəblərini və Qarabağa yeni yolu müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR