İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılardan daha bir etiraf

1395 19.04.2023 16:38 Region A A

Bu gün, aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onkoloji xəstəlikləri və ürək-damar sistemi xəstəlikləri olan 11 xəstə Respublika Tibb Mərkəzindən Ermənistan Respublikasının müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Qondarma qurumun oyuncaq “səhiyyə nazirliyi” absurd şəkildə iddia edib ki, “dövlət sifarişi çərçivəsində” müalicə üçün Ermənistana göndərilən 10 xəstə müşayiətçiləri ilə birlikdə Qarabağa qayıdıb.

Beləliklə, separatçılar özləri də etiraf ediblər ki, nə Ermənistana gedənlər, nə də qayıdanlar heç bir problemlə üzləşməyib. Qeyd olunub ki, Qarabağdakı tibb müəssisələrində planlaşdırılmış əməliyyatlar hələ də aparılmır.

4 uşaq neonatologiya və reanimasiya şöbəsində, 6 xəstə reanimasiya şöbəsindədir, onlardan 2-sinin vəziyyəti ağırdır. Bildirilir ki, indiyədək – Laçın yolunda aksiya başlanandan bəri - Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 337 xəstə Qarabağdan Ermənistana aparılıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR